Botanika kafedrasının baş müəllimi Aynur Hüseynzadənin “Biologiya” ixtisasının II kursunda “Enzimologiya” fənnindən “Fermentlərin aktivatorları və inhibitorları” mövzusunda açıq dərsi oldu. Açıq dərsdə Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü prof.V.Novruzov, dekan prof.İ.Alverdiyev, dekan müavini dos.Y.Aslanova iştirak etdilər. Dərsdə fermentlərin fəallığına müsbət və mənfi təsir edən aktivator və inhibitorlardan, fermentlərin müxtəlif yollarla aktivləşməsindən, geri dönən və geri dönməyən inhibirləşmə, rəqabətli və və rəqabətsiz inhibitorların fərqləndirici xüsusiyyətlərindən geniş bəhs edildi. Sonda dərs əməkdaşlar tərəfindən yüksək qiymətləndirildi.