açıq dərs

Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Bayramova Könül Şaiq qızının Biologiya müəllimliyi ixtisasının II kursunda “İnsan anatomiyası” fənnindən “Həzm və tənəffüs orqanlarının anatomik quruluşu” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan prof.İ.Alverdiyev, humanitar məsələlər üzrə dekan müavini dos.Y.Aslanova, kafedra müdiri prof.V.Məmmədova, əməkdaşlardan dos.T.Rüstəmova, dos.L.Abdullayeva, müəl.A.Məmmədova iştirak etdilər.

Müəllim mövzunu izah edərkən insan orqanizmində həzm sisteminin əsasını təşkil edən ağız boşluğu orqanlarının, udlaq, qida borusu, mədə və bağırsağın şöbələrinin anatomik quruluşu haqqında geniş məlumat verdi. Həmçinin tənəffüs orqanlarının quruluşu, vaskulyarizasiya və innervasiyası da qeyd olundu.