açıq dərs

26 aprel 2023-cü il tarixində Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Bağırova Aynur İslam qızının Pedoqoji fakültənin  Məşqçilik ixtisasının I kursunda “Qan dövranı və ürəyin fəaliyyəti” mövzusunda açıq dərsi olmuşdur.  Müəllimə slaydlardan istifadə etməklə Böyük və kiçik qan dövranı, qan dövranının tənzimi mexanizmləri, ürəyin fəaliyyəti, ürəyin avtomatizmi, ürəyin intrakardial, ekstrakardial, reflektor, humoral  tənzimi mexanimləri,  elektrokardioqrafiya haqqında ətraflı məlumat verdi.