Botanika kafedrasının dosent əvəzi Qulieya Ramidə Zahid qızının “Biologiya müəllimliyi” ixtisasının IV kursunda “Azərbaycan florası” fənnindən “Azərbaycanın relikt və endem bitkiləri” mövzusunda açıq dərsi oldu. Açıq dərsdə Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü prof.V.Novruzov, dekan prof.İ.Alverdiyev, dekan müavini fəxri prof.M.Həsənov və prof.A.Bayramova iştirak etdilər. Açıq dərsdə texniki vasitələrdən və herbari materiallarından istifadə edildi. Dərs əməkdaşlar tərəfindən yüksək qiymətləndirildi.