Kimya kafedrasının dosent əvəzi Hüseynova Pərvanə Firuddin qızının Kimya və biologiya müəllimliyi ixtisasının III kurs tələbələrinə Analitik kimya-2 fənnindən “Titrimetrik analizin xarakteristikası, təsnifat. Titrləmənin ümumi üsullar” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə kafedra müdiri dosent A.Məmmədova, dos.M.Rzayeva, b/m.Y.Hacıyev, b/m.L.Namazova iştirak etdilər. Dərs mövzuya dair plan və təlim nəticələrinin təqdim olunması ilə başladı. Dərsdə titrləmə prosesi, ekvivalent nöqtənin təyini, titrantlar və onların hazırlanması, verilən tələblərə aid virtual laboratoriyadan istifadə edilməklə hazırlanmış qısamüddətli videolar nümayiş etdirildi.