MONİTORİNQ QRUPU FAKÜLTƏMİZDƏ

Dosent Allahverdi Quliyevin iştirakı ilə Monitorinq qrupu 30.10.2023-cü il tarixdə fakültəmizdə II növbənin II saatında dərslərdə iştirak etdilər. İlkin müzakirələr keçirildi. Monitorinq qrupu ayrı-ayrılıqda dərslərə paylandılar. Onlar Biologiya, Biologiya müəllimliyi, Kimya, Kimya müəllimliyi, Kimya və biologiya müəllimliyi, Kimya mühəndisliyi, Ekologiya, Ekologiya mühəndisliyi ixtisaslarının II kursunda və Kimya və biologiya müəllimliyi ixtisasının IV kursunda dərslərdə iştirak etdilər. Yekunda dekanlıqda Monitorinqin nəticələri müzakirə edildi və müvafiq qərarlar qəbul edildi.