ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirildi

13 dekabr 2023-cü il tarixində  Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri professor Sevda Əhmədova ixtisas tələbələrinin 1-ci kursları üzrə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirildi. Tədbirdə münsif heyətinin üzvləri Tədris məsələləri üzrə prorektor Şahin Xurşudov, Elm və İnnovasiyalar üzrə prorektor Pərvin Kərimzadə, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Botanika kafedrasının müdiri AMEA-nın müxbir üzvü prof. Vaqif Novruzov, prof. Sevda Əhmədova və prof. İsfəndiyar Alverdiyev iştirak etdilər. Suallar əsasən  Ulu Öndərin ətraf mühit və  cəmiyyətlə bağlı fikirlərinə  toxunulmuşdur. Bilik yarışında  6 nəfərdən ibarət 5  komanda iştirak edirdi. Sonda münsiflər heyəti ilk üç yeri tutan komandanın üzvlərini mükafatlandırdı. Birinci yeri tutan komandaya isə kubok təqdim edildi. Sonda qaliblərlə birgə Heydər Əliyevin büstü qarşısında şəkil cəkdirildi.