fakültə əməkdaşları ümummilli lider heydər əliyevin 100 illik yubileyinə həsr olunmuş azərbaycan müəllimlərinin XVI qurultayında iştirak etdilər

15-16 dekabr 2023-cü il tarixlərdə rektor prof. Y.Yusibov, Humanitar məsələlər üzrə prorektor dos.G.Fətəliyeva, baş müşavir dos. A.Cavadov, İnnovasiyalar departamentinin direktoru dos.V.Həsənov, Kimya-biologiya fakültəsinin dekanı prof. İ.Alverdiyev, Botanika kafedrasının müdiri prof. V.Növruzov, Sosial fənnlər kafedrasının müdiri dos. C.Bağırzadə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin 16-cı qurultayında iştirak etmişlər. Nümayəndə heyəti Qurultayın Plenar iclasında müxtəlif Panellərdə, Panel sessiyalarında, Qurultayın Qətnaməsinin oxunmasındakı müzakirələrdə iştirak etdilər.