açıq dərs

Botanika kafedrasının müəllimi Quliyeva Gülnarə Müzəffər qızının “Biologiya” ixtisasının II kursunda “Ali bitkilər” fənnindən “Mürəkkəbçiçəklilər fəsiləsi” mövzusunda açıq dərsi oldu. Açıq dərsdə dekan prof.İ.Alverdiyev, fəxri prof. M.Həsənov, Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü prof.V.Novruzov, prof.A.Bayramova, dos.R.Quliyeva, müəl.F.İsayeva iştirak etdilər. Açıq dərs üçün lazım olan bütün sənədlər-təsdiq edilmiş sillabus, qrifli fənn proqramı, elektron variantında laboratoriya mətni, laboratoriya məşğələsində istifadə olunan material və avadanlıqların yerində olması müəllimin dərsə münasibətindən xəbər verirdi. Laboratoriya məşğələsi həm əyani vasaitlərlə, həm də elektron lövhənin köməyi ilə aparıldı. Sonda dərs əməkdaşlar tərəfindən əla qiymətləndirildi.