Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 05.10.2023-cü il tarixli F/2023 nömrəli əmri ilə təsdiq edilmiş “Tələbələrə “Heydər Əliyev adına təqaüd”ün təyin edilməsi üzrə seçim meyarları”na uyğun gələn fakültəmizin Kimya və biologiya müəllimliyi ixtisasının V kurs tələbəsi Ələkbərova Lalə Vüsal qızına “Heydər Əliyev adına təqaüd”ün verilməsi qərara alınmışdır. O, həmçinin Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar olaraq təsis edilmiş “Nizami Gəncəvi” adına təqaüdü (Dövlət sifarişi) dərs əlaçısı və ictimai işlərin fəal iştirakçısı kimi rektorluğun 22. 10. 2021-ci il tarixli 4/108 saylı əmri ilə 01. 10. 2021-ci il tarixdən 31. 12. 2021-ci il tarixə kimi almışdır. L.Ələkbərova Gəncə Dövlət Universitetinin Kimya və biologiya müəllimliyi ixtisasına yüksək balla – 541 balla qəbul olmuşdur. Hazırda Gəncə Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədridir. Lalə Ələkbərova Universitet Elmi Şurasının üzvi kimi vaxtaşırı Tələbə Elmi Cəmiyyətinin xətti ilə görülən işlər haqqında Şura üzvləri qarşısında məruzə edir. Ünsiyyətdə nəzakətli, fakültə və universitetin ictimai, mədəni həyatında həmişə fəal iştirak edən Ələkbərova Lalə Vüsal qızı oxuduğu müddət ərzində professor müəllim heyəti və tələbə kollektivinin dərin hörmətini qazana bilmişdir.