açıq dərs

Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllmi Rəna Kərimovanın Kimya və biologiya müəllimiyi ixtisasının I kursunda “Mülki müdafiə və ilkin tibbi yardım” fənnindən “Təbii fəlakət və iri istehsalat qəzaları zamanı tibbi təminatın təşkili” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə dekan prof.İ.Alverdiyev, fəxri prof. M.Həsənov və kafedra müdiri dosent Niyazi Nəbiyev iştirak etdilər. Açıq dərsdə b/m. R.Kərimova təbii fəlakətlər və onların xarakteristikası, təbii fəlakət rayonlarında tibbi-taktiki şərait, fövqəladə hallarda əhalinin tibbi təminatının təşkili, təbii fəlakətlər və iri istehsalat qəzaları zamanı bədbəxt hadisələrdə zərərçəkənlərə tibbi yardımın üsul və qaydaları, nəqliyyat qəzaları və yanğınlarda davranış qaydaları, öz-özünə və yanındakına ilk yardımın göstərilməsi üsulları haqqında geniş məlumat verdi.