06 mart 2024-cü il tarixdə Kimya-biologiya fakültəsi Elmi şurasının iclası oldu. Elmi şurada aşağıdakı məsələlər müzakirə olundu.
1. Fakültənin “Biologiya”, “Biologiya müəllimliyi”, və “Ekologiya mühəndisliyi” və “Kimya və biologiya müəllimliyi” ixtisaslarına VIII və X semestrlər üçün tədris planlarına daxil edilmiş təcrübə və internaturanın icrası üçün görülən tədbirlər. 2. Yekun Dövlət attestasiyasına hazırlıq işlərinin aparılması (Dövlət imtahanı qəbul ediləcək fənlərin müəyyənləşdirilməsi, “Buraxılış işi”, “Dövlət imtahanı” komissiyaları sədrliyinə namizədlərin dəvət olunması, “Buraxılış işi” və “Dövlət imtahan” komissiyalarının yaradılması). 3. 2024-2025-ci tədris ili üçün seçmə fənlərin seçiminə dair aparılan hazırlıq işləri. 4. İxtisas kafedralarında mühazirə, seminar və laborator məşğələlərinin tədrisi keyfiyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər. 5. İxtisas kafedraları “nəzəri seminar” məşğələlərində elmi yeniliklər haqqında məruzələrin dinlənilməsi və təlim materialları ilə əlaqələndirilməsi istiqamətində apardığı işlərin kadr hazırlığında rolu. 6. Prof.müəllim heyətinin seçkisi. 7. Cari məslələr