açıq dərs

Sosial fənlər kafedrasının müəllimi Axundova Lamiyə Ramiz qızının Kimya və biologiya müəllimliyi ixtisasının III kursunda Fəlsəfə fənnindən “Qədim dövr Şərq və Yunan fəlsəfəsi” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fəlsəfənin mənşəyi və inkişaf mərhələlərindən Qədim Şərqdə fəlsəfi fikir, Misir, Babilistan, Çin, Zərdüştlük və onun müqəddəs kitabı Avesta, Azərbaycanda törəyən dini cərəyanlardan-zərvanilik, məzdəkilik, manilik kimi dini fəlsəfi ideyalardan, “Antik fəlsəfə”nin yaranması və inkişaf xüsusiyyətlərindən, klassik yunan mütəfəkkirlərinin dünyagörüşündən bəhs olundu.

Uşaqların bu günkü mövzudan çıxartdığı nəticə və məlumatlar fəlsəfənin keçdiyi tarixi yol, Azərbaycanda zərdüştlükdən törəyən müəyyən elementlərin bu günə qədər qorunub saxlanması, klassik yunan mütəfəkkirlərinin hər birinin fəlsəfə haqqında dəyərli fikirləridir.