21 fevral 2024-cü il tarixində Xəzər Universitetində Ekoloji Tədqiqatlar Mərkəzi tərəfindən “Elektron tullantılar və onların idarə olunması üçün yol xəritələrinə dəstək” mövzusunda seminar keçirildi. Seminarda Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının professoru b.e.d. Sevda Əhmədova və dosenti a.ü.f.d. Zabitə Ələkbərova iştirak etdilər. Seminarda həmçinin rəsmi statistikaya əsasən Azərbaycanda elektron tullantılar və onların idarə olunma vəziyyəti haqqında ilkin biliklər paylaşıldı. Mövzu ətrafında maraqlı məlumatlar verildi. Son illər Azərbaycanda bərpa olunan enerji mənbələrinə keçid siyasətinin güclənməsi ilə əlaqədar bu mövzuya diqqətin artırılması prioritet təşkil etməyə başlamışdır.