Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi Məmmədova Aytac Yasin qızının Biologiya ixtisasının II kursunda “Mərkəzi sinir sistemi və sensor fəaliyyət” fənnindən (laboratoriya məşğələsi) “Fizioloji təcrübədə istifadə olunan alətlər və üsullar” mövzusunda açıq dərs keçirildi. Açıq dərsdə dekan prof.İ.Alverdiyev, fəxri prof. M.Həsənov, kafedra müdiri prof.V.Məmmədova, dos. T.Rüstəmova, dos. E.Ağayeva, dos. L.Abdullayeva, b.ü.f.d. b/m. E.Hüseynova, a.ü.f.d. b/m. G.Hümbətova, b/m. L.Heydərli, müəl. Ü.Bayramova, müəl. Ü.Alşanlı iştirak etdilər. Dərsdə tələbələr fizioloji təcrübə zamanı istifadə olunan alətlərlə, üsullarla tanış oldular.