Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib. Xocalı soyqırımı ilə əlaqədar videoçarx nümayiş etdirilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək 1992-ci ildə azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş Xocalı soyqırımı barədə danışıb. Azərbaycan xalqına qarşı törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımının xüsusi amansızlığına diqqət çəkib. GDU Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxış edərək Xocalıda törədilən faciənin acılarından söz açıb, bu dəhşətli qətliamın və onun ağır nəticələrinin unudulmamasının vacibliyini vurğulayıb.