Kimya kafedrasının baş müəllimi Vüsalə Abbasovanın Kimya mühəndisliyi ixtisasının I kurs tələbələrinə Ümumi kimya-2 fənnindən “V A qrup elementlərinin xarakteristikası. Azot. Fosfor” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə kafedra müdiri dos.A.Məmmədova, dos.M.Vəliyev, dos.E.Cəfərov və b/m.A.Zeynalova iştirak emişlər. Dərsdə V A qrup elementlərinin xarakteristikası, alınma üsulları, fiziki və kimyəvi xassələri, tətbiq sahələri haqqında məlumat verildi. Müəllim mövzuya aid son illərin elmi yeniliklərinin daxil edildiyi çoxlu slaydlar nümayiş etdirdi. Müəllim dərsi tələbələrlə diskusiyalı şəkildə qurmuşdu. Azot və fosforun atom quruluşunu, valentliyini müqayisəli şəkildə izah etdi. Açıq dərsin mövzusunun tələbələr tərəfindən mənimsənildiyini təyin etmək üçün müəllim test nümunələrindən istifadə etdi.