Kimya kafedrasının dosenti Mətanət Rzayevanın Kimya ixtisasının I kurs tələbələrinə Qeyri üzvi kimya-1 fənnindən “Xlor və onun birləşmələri” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə dekan prof.İ.Alverdiyev, fəxri prof.M.Həsənov, kafedra müdiri dos.A.Məmmədova, AHİK-nin sədri A.Qasımova, dos.M.Vəliyev, b/m.S.Zeynalova, b/m.Y.Hacıyev, müəl.E.Qəhrəmanov iştirak emişlər. Dərsdə dos.M.Rzayeva VII qrupun əsas yarım qrup elementləri haqqında ümumi məlumat verdikdən sonra tətbiq sahələri, sintez üsulları, kimyəvi xassələri haqqında slaydlarla geniş məlumat verdi. Ümumilikdə açıq dərs müəllimin tələbələrlə mövzuya aid sual-cavab etməsi və yekun təlim nəticələri əldə etməsi ilə yüksək səviyyədə sona çatdı.