açıq dərs

Botanika kafedrasının professoru Bayramova Aynur Akif qızının Biologiya ixtisasının I kursunda “İbtidai bitkilər və göbələklər” fənnindən “Yaşıl yosunlar Chlorophyta şöbəsi” mövzusunda açıq dərsi oldu. Açıq dərsdə dekan prof.İ.Alverdiyev, AMEA-nın müxbir üzvü prof.V.Novruzov, dos.Z.İsmayılova və digər əməkdaşlar iştirak etdilər. Dərsə aid bütün sənədlər qaydasında idi. Sonda dərs əməkdaşlar tərəfindən yüksək qiymətləndirildi.