Kimya kafedrasının Üzvi kimya ixtisası üzrə II kurs magistrantı Hüseynzadə Qüdrət Şahin oğlunun 11 mart 2024-cü il tarixində Kimya və biologiya müəllimliyi ixtisasında (tədris ingilis dilində) dos.A.Məmmədovanın rəhbərliyi altında Üzvi kimya -1 fənnindən “Alkynes” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri. dos. C.Qarayev, Kimya kafedrasının müdiri dos. A.Məmmədova, dos. M. Rzayeva, b/m A. Zeynalova, və kafedrada Elmi-pedoqoji təcrübəsində olan magistrantlar iştirak etmişlər. Təcrübəçi magistrant Hüseynzadə Qüdrət Şahin oğlu ingilis dilində mövzuya aid ümumi məlumat verdikdən sonra çoxsaylı slaydlar üzərində asetilen sıra karbohidrogenlərin adlandırılması, izomerliyi, sintez üsulları və fiziki-kimyəvi xassələri haqqında aydın, başa düşülən tərzdə ətraflı izahat verdi. Dərsin sonunda magistrant tərəfindən asetilenin sənayedə istehsalı və tətbiqinə aid ingilis dilində bir neçə dəqiqəlik videoçarx nümayiş etdirildi. Ümumilikdə açıq dərs dos.C.Qarayev, dos.A.Məmmədova, magistrant və tələbələr tərəfindən yüksək qiymətləndirildi.