açıq dərs

Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Abdullayeva Lalə Rəşid qızının Biologiya ixtisasının III kursunda “Ali məməlilər” fənnindən “Ali məməlilər və ya plasentalıların səciyyəvi əlamətləri” mövzusunda açıq dərs keçirildi. Açıq dərsdə dekan müavini fəxri prof. M.Həsənov, kafedra müdiri prof.V.Məmmədova, dos. Y.Aslanova, dos.əv.E.Hüseynova, b/m.Ş.Hacıyeva, b/m.K.Bayramova və müəl. Ü.Alşanlı iştirak etdilər. Müəllim dərsi interaktiv olaraq slaydlar və heyvan mulyajları üzərində izah etdi. Dərs maraqlı və dolğun keçirildi. Tələbələr tərəfindən tam mənimsənildi.