AKADEMİK VAQİF ABBASOVun “qlobal ekoloji problemlər və yaşıl enerji” mövzusunda ustad dərsi

AMEA-nın həqiqi üzvü, akademik Vaqif Abbasov “Qlobal ekoloji problemlər və yaşıl enerji” mövzusunda Gəncə Dövlət Universitetində ustad dərsi keçib. Ustad dərsində GDU-nun professor-müəllim heyəti və tələbələr iştirak etmişlər. Akademik Vaqif Abbasov qlobal iqlim dəyişmələrindən bəhs edib. Həmçinin bildirib ki, ekoloji tarazlığın qorunub saxlanması, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə olunması ümumbəşər problemdir. Ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolundan bəhs edən alim həmçinin onu da vurğuladı ki, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər bu problemlərin həllinə kömək olan vasitələrdəndir.