TƏCRÜBƏÇİ TƏLƏBƏ Həsənov Anar Fizuli oğlunun sınaq dərsi keçirildi

Fakültənin Kimya və biologiya müəllimliyi ixtisasının V kurs tələbəsi Həsənov Anar Fizuli oğlunun N.Nərimanov adına 25 nömrəli tam orta məktəbin 7b sinif şagirdlərinə “Hidrogenin təbiətdə yayılması və alınması mövzusunda” Kimya fənnindən sınaq dərsi olmuşdur. Dərsdə üsul müəllimi Kimya kafedrasının baş müəllimi Aygün Zeynalova, Təcrübə və karyera şöbəsinin əməkdaşı Tünzalə Qarayeva, sinif müəllimi  Çinarə Qulamova və təcrübəçi tələbələr iştirak etmişlər. Sınaq dərsi müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı. Dərs yekunlaşdıqdan sonra təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsi tədbir iştirakçıları tərəfindən yaxşı səviyyədə qiymətləndirildi. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verildi.