açıq dərs

Fizika kafedrasının fəlsəfə doktoru baş müəllim Həmzəyeva Aysel Yunis qızının Biologiya müəllimliyi ixtisasının II kursunda Fizika fənnindən “Elektrostatikanın fiziki əsasları. Sabit cərəyan qanunları. Metallarda, mayelərdə və qazlarda elektrik cərəyanı” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə dekan prof.İ.Alverdiyev, Fizika kafedrasının müdiri Y.Namazov iştirak etdilər. Dərsə aid bütün sənədlər qaydasında idi. Müəllim mövzuya aid slaydlar nümayiş etdirdi.