fakültənin dosenti sadıqova günay isfəndiyar qızı təcrübə mübadiləsi proqramı çərçivəsində ege universitetində olmuşdur

Sadıqova Günay İsfəndiyar qızı 18 ildən çoxdur ki, “Anatomiya, fiziologiya və zoologiya” kafedrasında pedaqoji fəaliyyətə başlayıb. Qeyd olunan dövrdə elmi-tədqiqat işini yekunlaşdırıb aqrar elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb, kafedranın dosentidir. Daima öz üzərində çalışır. Noyabr ayında G.Sadıqovanın dərsində qonaq olan və onun keçdiyi dərs üsulunu bəyənən Türkiyə EGE Universitetinin professor-müəllim heyətinin təklifi əsasında EGE Universitetinin Egitim fakültəsinin dəvəti ilə o, mart ayının 15-dən 30-na kimi İzmir şəhərində olub. Maraqlı mühazirələr oxuyub, ikili iş birliyi ilə bağlı işgüzar görüşlər keçirib.

Dövlətimiz və Ali Baş Komandanımız, prezidentimiz cənab İlham Əliyevin fəaliyyəti haqqında universitetin kollektivi qarşısında çıxışlar edib. G.Sadıqovanın bu fəaliyyəti universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbə kollektivi tərəfindən yüksək qiymətləndirilib.

  G.Sadıqovanın EGE Universitetində olduğu dövrdəki fəaliyyəti haqqında yazılmış hesabat dekan professor dr.Osman Ferda Beytekin, professor dr. Hakan Turkmen və s. tərəfindən imzalanmışdır. Ona həm də təşəkkür sertifikatı verilmişdir. Göstərilənlər əsas verir ki, dosent G.İ.Sadıqova tədqiqat işini davam etdirməsi və ikili iş birliyinin inkişafında EGE Universiteti ilə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərəcəkdir. Bu cəhət nəzərə alınaraq dos.G.İ.Sadıqovanın ikili iş birliyi ilə əlaqədar EGE Universitetindəki fəaliyyəti və onun inkişaf etdirilmə imkanlarının mümkünlüyü qeyd edilir. Onun mükafatlandırılması üçün məsələyə Universitet Elmi Şurasında baxılması məsləhət bilinir.