19 fevral 2024-cü il tarixində “START Day” layihəsinin final tədbiri uğurla həyata keçirildi. “START Day” layihəsinə 2023-cü ilin sonunda start verdi. Layihə Asiya İnkişaf Bankının Maliyyə dəstəyi, Kapital Bank ASC və Gənclər İnkişaf Naminə İctimai birliyinin təşkilatı dəstəyi və innovation center ADAU təşkilatçılığı ilə həyata keçirildi. Final günü Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru cənab Zəfər Qurbanov açılış nitqini səsləndirdi, daha sonra Asiya İnkişaf Bankının layihələr üzrə mütəxəssisi Səbinə Yusifova, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, KOBİA Gəncə-Daşkəsən region koordinatoru Anar Əliyev və ADAU İnnovasiyalar Mərkəzinin direktoru Elvin Agayev layihə ilə bağlı fikirlərini bölüşdülər. Layihənin əsas məqsədi ideyaçılara fürsətlərin yaradılması və startap ekosisteminin genişləndirilməsi üçün nəzərdə tutulmuşdu. Bu çərçivədə 200+ ideyaçının 60+ komandası proqrama qoşulmaq üçün müraciət etmişdilər. Finalda 11 fərqi ideyada yarışan startap komandalarının münsiflər heyəti tərəfindən qiymətləndirməsi nəticəsində “Ewer Green” startapı 1- ci, “Laser Eye” startapı 2- ci və “ITS” startapı isə 3- cü yerə layiq görülmüşdü. Qalib olmuş komandalara uğurlar arzu edirik!