Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur

Bu əlamətdar gün ilə bağlı 18 aprel 2024-cü il tarixində fakültənin Kimya-Biologiya müəllimliyi, Kimya müəllimliyi, Ekologiya ixtisaslarının 1-ci kurs tələbələri üçün Tarix-Diyarşünasılıq müzeyinə, Cumhuriyyət muzeyinə, Çökək Hamama, Şah Abbas Məscidinə, KarvanSaray tarixi abidəsinə ekskursiya təşkil olunmuşdur. İştirak edən tələbələrə muzeylərin, abidələrin tarixi haqqında geniş məlumat verilmişdir. Ekskursiyada fakültənin Təlim-tərbiyə işlər üzrə dekan müavini dos. Yeganə Aslanova, fakültə üzrə tyutor Günəş Əbilova iştirak etmişlər.