açıq dərs

Botanika kafedrasının dosent əvəzi Quliyeva Ramidə Zahid qızının Biologiya ixtisasının II kursunda “Bitkilərin senopopulyasiyası” fənnindən “Senopopulyasiyada baş verən fluktasiya və suksessiya dəyişkənliklərinin elmi əsasları” mövzusunda açıq dərsi oldu. Açıq dərsdə dekan prof.İ.Alverdiyev, AMEA-nın müxbir üzvü prof.V.Novruzov, dos.M.Rzayeva, dos.Z.Tağıyeva, dos.Y.Aslanova iştirak etdilər. Dərsə aid bütün sənədlər qaydasında idi. Açıq dərs sonda əməkdaşlar tərəfindən yüksək qiymətləndirildi.