açıq dərs

Botanika kafedrasının baş müəllimi Aynur Hüseynzadənin Biologiya müəllimliyi ixtisasının III kursunda “S/f.Enzimologiya” fənnindən “Enzimlərin təsir mexanizmi” mövzusunda açıq dərsi oldu. Açıq dərsdə dekan prof.İ.Alverdiyev, AMEA-nın müxbir üzvü prof.V.Novruzov, prof.M.Həsənov, dos.Z.İsmayılova, baş müəllim E.Hüseynova iştirak etdilər. Dərsə aid bütün sənədlər qaydasında idi. Açıq dərs sonda əməkdaşlar tərəfindən yüksək qiymətləndirildi.