Ekologiya və təbiəti mühafizə kafedrasının biologiya üzrə fəlsəfə doktoru Qasımova Gültəkin Qasım qızının Ekologiya mühəndisliyi ixtisasının II kursunda “Tullantısız istehsal prosesləri və tullantıların təkrar emalı” fənnindən “Bərk tullantı maddələrin zərərsizləşdirilməsi” mövzusunda açıq dərsi oldu. Açıq dərsdə kafedra müdiri prof.S.Əhmədova və digər əməkdaşlar iştirak etdilər. Dərsə aid bütün sənədlər qaydasında idi. Açıq dərs sonda əməkdaşlar tərəfindən yüksək qiymətləndirildi.