Ekologiya və təbiəti mühafizə kafedrasının baş müəllimi biologiya üzrə fəlsəfə doktoru İsmayılzadə Natiqə Namiq qızının Ekologiya mühəndisliyi ixtisasının 3 kursunda “Suvarma meliorasiyası, suvarma sistemlərinin tətbiqi” mövzusunda açıq dərsi oldu. Açıq dərsdə kafedranın müəllimləri dos.Z.Ələkbərova, dos.F.Qasımova, dos.əv.G.Qasımova, baş müəllim S.İbrahimova iştirak etdilər. Dərsə aid bütün sənədlər qaydasında idi. Açıq dərs sonda əməkdaşlar tərəfindən yüksək qiymətləndirilib.