TƏCRÜBƏÇİ TƏLƏBƏ Sadıxova Nərgiz Sənani qızının SINAQ DƏRSİ KEÇİRİLDİ

Fakültənin Kimya və biologiya müəllimliyi ixtisasının V kurs tələbəsi Sadıxova Nərgiz Sənani qızının 39 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdlərinə “Kimyəvi reaksiyaların sürətinə təsir edən amillər” mövzusunda Kimya fənnindən sınaq dərsi olmuşdur. Dərsdə Təcrübə və karyera şöbəsinin əməkdaşı Tünzalə Qarayeva və təcrübəçi tələbələr iştirak etmişlər. Sınaq dərsi müasir təlim metodlarına uyğun təşkil olunmuşdu.