Hər il GDU-da ixtisaslar üzrə son kurs tələbələr pedaqoji təcrübə üçün müxtəlif məktəblərə gedirlər. Beləliklə də onlar orta məktəblərdə müəllim kimi otaqlara sərbəst daxil olmağı və sərtbəst dərs keçnəyin yollarını öyrənirlər. Amma bizim faklültədə hər zaman maraqlı yeni üsullarla kecdiyi dərsləri ilə tələbələrin sevgisini qazanan Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Sadıqova Günay İsfəndiyar qızı bu dəfə də tətbiq etdiyi üsulla Bilologiyanın Tədrisi Metodikası fənnində yenilik etdi. Belə ki, onun tədris etdiyi və başqa universitetlərin də marağına səbəb olan BTM-də (yeri gəlmişkən yaxınlarda onun dərsində olan Turkiyə Universitetinin müəllimləri prof. Harun Yalcin, prof. Serdar Gökhan Şenol kecilən dərsin sırf türk dilində səlist təşkili ücün ona və tələbələrinə təşəkkür etmişlər. Hər zamankı kimi BTM-dən xüsusi olaraq məmnunluqla ayrılmışlar) 1 tələbə bir 30 dəqiqə auditoriyada müəllim kimi daxil olub dərsin necə kecılməsini öyrənirdi. Bu dəfə G.Sadıqova bəzi orta məktəb şagirdlərini ( Əliyeva Yağmur, Əliyeva Nigar, Cavadlı Firuzə, Məmmədova Xədicə və s.) universitet auditoriyasına dəvət edib universitet tələbələrinə elə universitet auditoriyasında orta məktəb şagirdlərinə təhsil verməyin həyacanını yaşatdı. Bu da əlbətdəki həm universitetə, həm də fakültəyə qəbulun orta məktəblərdə təbliğinə, tələbələrin müəllimlik peşəsini daha cox sevməsinə səbəb olur. Fakültə dekanı prof.İ.Alverdiyev dərsdə qonaq olan hər bir şagirdi təhsilə elmə yiyələnmək üçün fakültəmiz adından həvəsləndirici təşəkkürnamə ilə təltif etdi.