Keçirilən təlimin mövzusu gəncliyimizə həsr olunaraq “Müasir gəncliyin dünəni, bugünü, sabahı” olmuşdur. Təlimdə 20-dən çox tələbə könüllü olaraq iştirak etmişdir. Təlimin qonaqları isə Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının Dosenti Zülalə Aslanova, Baş müəllimi Telli Cabbarova, Kimya-Biologiya fakültəsinin Humanitar məsələlər üzrə dekan müavini dosent Yeganə Aslanova olmuşdur.
Təlim məlumatverici söhbət və müzakirə olmaqla 2 hissədən ibarət idi. Təlimin sonunda iştirak edənlərə təşəkkürnamə, müzakirə hissəsində daha fəal olanlara isə sertifikat təqdim olundu.