açıq dərs

Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi Ülkər Bayramovanın Kimya və biologiya müəllimliyi ixtisasının I kursunda “Onurğalılar zoologiyası” fənnindən “Göyərçinin xarici və daxili quruluşu” mövzusunda açıq dərs keçirildi. Açıq dərsdə kafedra müdiri prof.V.Məmmədova, dos.əv.E.Hüseynova, b/m.Ş.Hacıyeva və b/m.K.Bayramova iştirak etdilər. Müəllim dərsi interaktiv olaraq slaydlar və heyvan mulyajları üzərində izah etdi. Açıq dərs sonda əməkdaşlar tərəfindən yüksək qiymətləndirildi.