ROUND UNİVERSİTY RANKİNG 2024-CÜ İLİN NƏTİCƏLƏRİNƏ ƏSASƏN GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ BEYNƏLXALQ REYTİNQƏ DAXİL EDİLİB

Dünya universitetlərinin reytinqinin əks olunduğu Round University Ranking 2024-cü ilin nəticələri açıqlanıb. Son reytinq hesabatına görə Gəncə Dövlət Universiteti dünya universitetləri arasında qərarlaşıb. Reytinq cədvəlinə Azərbaycandan Gəncə Dövlət Universiteti ilə yanaşı Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Iqtisad Universiteti (UNEC) , Azərbaycan Texniki Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Biznes Universiteti də düşüb. Qeyd edək ki, Round University Ranking (RUR) RUR Rankings Agency tərəfindən nəşr olunan qlobal universitet reytinqidir. O, universitetləri tədris keyfiyyəti, tədqiqat fəaliyyəti, beynəlxalq müxtəliflik, maliyyə dayanıqlığı və ümumi akademik göstəricilər daxil olmaqla müxtəlif amillər əsasında qiymətləndirir.