31 may 2024-cü il tarixdə Kimya-biologiya fakültəsi Elmi şurasının iclası oldu. Elmi şurada aşağıdakı məsələlər müzakirə olundu.
1. Rektorluğun 2023-2024-cü tədris ilinin yaz imtahan sesiyasına hazırlıq və onun mütəşəkkil keçirilməsi haqqında verilmiş 08.04.2024-cü il tarixli (əmr №5/113) əmrindən irəli gələn vəzifələrin icrası. 2.Qüvvədə olan tədris planları əsasında ixtisaslar və kurslar üzrə 2024-2025-ci dərs ilinə aid hazırlanmış tədris tapşırıqlarının müzakirəsi və təsdiqi. 3. İxtisaslar və kurslar üzrə fakültədə fəaliyyət göstərən ixtisasların 2024-2025-ci tədris ili üçün tərtib olunmuş işçi tədris planlarının müzakirə və təsdiqi. 4. Yaz semestrinə planlaşdırılmış dərs saatlarının tədrisinin yekunlaşdırılma vəziyyəti. 5. Buraxılış işləri və magistr dissertasiyalarının yekunlaşdırılması, müdafiəyə təqdim olunması. 6. Tələbə elmi cəmiyyətinin xətti ilə görülən işlər. 7. Fakültədə 20.05.2024-cü il tarixdən 25.05.2024-cü il tarixə kimi keçirilmiş institusional akkreditasiyanın yekunları haqqında .8.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 may 2024-cü il tarixli 276s nömrəli sərəncamı ilə 2024-2025-ci tədris ili üçün tələbə qəbulu proqnozuna uyğun olaraq (fakültədə fəaliyyət göstərən bakalavriat və magistratura ixtisaslarına) sifarişin verilməsi. 9. Fakültəyə bakalavriat və magistratura səviyyələrinin əyani təhsil formasında ixtisaslar üzrə 2025-2026-cı tədris ili üçün tələbə qəbulu plan yerləri üzrə sifarişlərin müəyyənləşdirilməsi. 10. Professor-müəllim heyətinin seçkisi. 11. Cari məsələlər