Hər zaman maraqlı dərsləri ilə müəllimlik peşəsinə tələbələrdə daha çox sevgi yaratmağı bacaran G.Sadıqova “Vətən qoxulu BTM” adlı dərsinə xüsusi olaraq şəhid övladlarını, müharıbə iştirakcisi olan bizim fakültəni bitirən leytenant Bayramov Süleymanı (O, müharibədə olan xatirələrini, qələbə sevincini tələbələrlə paylaşdı) və Türkiyə Cumhuriyyətinin EGE Universitetinin professorları Sayın Harun Yalcın, Sayın Serdar Şenolu dəvət etdi.
Dərs hər zaman olduğu kimi Azərbaycan himni ilə başladı və Türkiyə Cumhiriyyətinə olan sevgimizin göstəricisi olaraq onların himni ilə davam etdi. Sonra Günay Sadıqovanın sözlərinə yazılmış Şəhidim mahnısı səsləndi. BTM dərsi qonaqlar və tələbələrə cox duyğulu anlar yaşadan şəhid övladlarının maraqlı danışıqları ilə yadda qalan oldu. Prof. Serdar bəy dərsin keyfiyyətindən, marağından bəhs etdi və hər dəfəsində sevərək BTM-ə qatıldığını dedi. Prof Harun Yalcın isə göz yaşlarını gizləyə bilmədiyini və tələbələrə Günay Sadıqovadan cox yararlanmalı olduqlarını söylədi. Yekunda isə xatirə şəkilləri cəkildi.