7 iyun 2024-cü il tarixdə Botanika kafedrasının professor-müəllim, laborant-texniki heyəti, doktorant, dissertantlar və magistrlərin iştirakı ilə Tovuz-Qazax istiqamətində elmi-ekspedisiyada olmuşlar. Ekspedisiya Qazax rayonu ərazisində yerləşən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun Daş Salahlı kəndində yerləşən Damcılı və Abasbəyli kəndində yerləşən Göyəzən filiallarını əhatə etmişdir. “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb. “Avey”qoruğunun çöx zəngin və spesifik bitki örtüyü var. Ekspedisiyanın nəticələri araşdırılır.
Ekspedisiyanın təşkilinə şərait yaratmış Universitetin rektoru prof.Yusif müəllimə, qoruğun direktoru fəlsəfə doktoru Səadət xanıma və qoruq əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk.