Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları ilə Gəncə Dövlət Universitetinin bakalavriat səviyyəsinə 600 və daha çox bal toplayaraq qəbul olan I kurs tələbələrinə 2024/2025-ci tədris ilinin payız semestri ərzində hər ay 200 (iki yüz) manat məbləğində həvəsləndirici təqaüd veriləcək. Növbəti semestrlərdə tələbənin ÜOMG-si 91-100 bal aralığında olduğu və univeristetin ictimai həyatında fəal iştirak etdiyi halda təqaüdün verilməsi davam etdiriləcək.