2024-cü il 2-4 sentyabr tarixlərində Türkiyənin İzmir şəhərində Ege Universiteti, Azərbaycan Respublukası Bakı Dövlət Universiteti və Özbəkistan Respublikası Andijan Dövlət Universitetinin birgə əməkdaşlığı ilə “Avrasiyanın biomüxtəlifliyinin qorunması” mövzusunda II Beynəlxalq konfrans keçirilmişdir. Bu konfrans Avrasiyada ətraf mühitin pozulması nəticəsində insan həyatı üçün problem yaradan ekoloji məsələlər və onların yumşaldılması istiqamətində qlobal prioritet olan çağırışlara və yaranmış strategiyalara əsaslanıb. EGE Universitetində baş tutan adı gedən konfrans Türk dövlətləri alimlərinin bir platformada sağlam gələcək naminə tərəfdaşlıq və birgə faydalı fəaliyyətin bariz nümunəsinin təzahürüdür. Konfransda Kimya-Biologiya fakültəsinin Botanika kafedrasının professoru Aynur Bayramova və dosenti Rəmidə Quliyeva dəvət edilmiş məruzəçi kimi “Qarabağın bioloji müxtəlifliyi və müasir perespektivləri” mövzusunda çıxış edib. Konfransda 2 nəfər Gəncə Dövlət Universitetindən başqa Respublikanın müxtəlif Təhsil və Elmi tədqiqat İnstitutlarından professor və müəllim, elmi tədqiqatçılar nümayəndə heyətinə daxil olaraq əyani çıxış etmiş, 70-ə qədər material konfrans materiallarına daxil edilmiş və məruzəçilər konfransa onlayn qoşulmuşdur.