13 sentyabr 2024-cü il tarixdə Kimya-biologiya fakültəsi Elmi şurasının iclası keçirildi. Elmi şurada aşağıdakı məsələlər müzakirə olundu. 1. 2023/2024-cü tədris ilinin yekunları. Fakültə dekanlığının hesabatı. 2. Qəbul planının ödənilmə səviyyəsinə uyğun olaraq 2024-2025-ci tədris ilinə aid kafedralara verilmiş tədris tapşırıqlarında aparılmış müvafiq düzəlişlər əsasında hazırlanmış dərs yüklərinin müzakirə və təsdiqi. 3. Yeni dərs ilinə dair aparılan hazırlıq işləri və (2024-2025) fakültə kollektivinin qarşısında duran vəzifələr. 4. Magistrantlara dissertasiya və son kurs tələbələrinə buraxılış işi mövzularının planlaşdırılması. (mövzu seçimində magistrant və tələbələrin arzu və təkliflərinin əsas götürülməsi nəzərə alınmaqla). 5. Pilot layihə üzrə dərslərin tədrisinin təkmilləşdirilməsinə verilən tələblər (Biologiya müəllimliyi ixtisası üzrə). 6. Kredit borcu olan tələbələrin fənn götürmə işinin yekunlaşdırılma və rəsmiləşdirməyə təqdim olunma vəziyyəti. 7. Birinci kurs tələbələri ilə aparılacaq ideya siyasi tərbiyə işləri, çoxballı qiymətləndirmə sistemi əsasnaməsinin təhlili, imtahan üçün təlimatı tələblərin verilməsi, müvafiq izahatların aparılması. 8. İkili diplom layihəsi üzrə görülən işlərin hesabatı. 9. Professor-müəllim heyətinin seçkisi. 10. Cari məslələr