Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Azərbaycanın milli parklarının tanıtımı “ adlı tədbir keçirildi

30 sentyabr 2024-cü il tarixində Gəncə şəhərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Azərbaycanın milli parklarının tanıtımı “ adlı tədbir keçirildi. Tədbirdə GDU-nun Ekologiya və təbiəti mühafizə kafedrasının əməkdaşları və tələbələri yaxından iştirak etdilər. “ Biomüxtəliflik-təbiətin harmoniyası” devizi altında olan tədbirdə ekoloq-tələbələr milli parklarla virtual tanışlıq imkanı qazandılar. Tədbirdə milli parklarda fəaliyyət göstərən ekoturizm marşrutları, xüsusi mühafizə olunan təbiət ərazilərinin flora və faunasına aid tanışlıq güşələri yer almışdır. Həmçinin ixtisasçı tələbələrə milli parklarda asudə vaxtlarını necə maraqlı keçirə biləcəkləri haqqında ətraflı məlumat verildi. Milli parklarımızla, onların rəngarəng təbiəti ilə yaxından tanış olmaq, maraqlı vaxt keçirtdiyimizə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə öz təşəkkürümüzü bildiririk!