açıq dərs

Botanika kafedrasının baş müəllimi Elnarə Hüseynovanın Kimya və biologiya müəllimliyi ixtisasının III kursunda “Bitki fiziologiyası” fənnindən “Hüceyrə şirəsinin qatılılığı və potensial osmotik təzyiqin refraktometrik üsul ilə təyin edilməsi” mövzusunda açıq dərsi oldu. Açıq dərsdə kafedra müdiri AMEA-nın müxbir üzvü prof.V.Novruzov və Tədris işləri üzrə dekan müavini prof.M.Həsənov iştirak etdilər. Dərsə aid bütün sənədlər qaydasında idi. Açıq dərs sonda əməkdaşlar tərəfindən yüksək qiymətləndirildi.