Fakültəmizdə “Azadlığımızın şərəfli tarixi-18 oktyabr Müstəqilliyin Bərpası Günü”nə həsr edilən tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə iştirakçıları təbrik edib. Tədbirdə Kimya müəllimliyi ixtisasının 2-ci kurs tələbəsi Şəfiqə İsgəndərova aparıcı qismində çıxış edib. Daha sonra fakültə dekanı İsfəndiyar Alverdiyev “Yüksələn və yeniləşən Azərbaycan” adlı məruzəsində tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlməsi, atılan məqsədyönlü addımların Azərbaycanın bu günkü uğurları üçün ən etibarlı təməl olmasını vurğulayıb. Tədbirdə həmçinin Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri Vəfa Məmmədova “Müstəqil dövlətimiz-tarixi əmanətimizdir”, Universtetin Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova “Müasir müstəqillik tariximiz”, Kimya kafedrasının müdiri Aynur Məmmədova ”Tarixin ən qüdrətli Azərbaycanı”, Azərbaycan tarixi kafedrasının müəllimi Fərid Vəliyev “Müstəqilliyin bərpasının dünyada əks-sədası” adlı məruzələrlə çıxış ediblər. Sonda tələbələr şeirlər səsləndiriblər.