18.10.2024-cü il tarixində Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova 28 saylı orta məktəbdə “İşğaldan azad edilmiş ərazilərdə hal-hazırkı ekoloji durum və bərpa işləri “ mövzusunda ustad dərsi keçmişdir. Dərsdə kafedranın professor-müəllim heyyəti, karyera və təcrübə şöbəsinin müdiri, məktəbin direktoru və müəllimləri iştirak etdilər. Dinləyicilər 8-ci sinif şagirdləri idi. Dərs keçilən zaman tələbə-müəllim diskussiyası aparıldı və şagirdlər yeni-yeni biliklərə yiyələnənək, Ekologiya ixtisasına böyük maraq göstərdilər.