GDU-nun II tədris korpusunda Təhsil Tələbə Krediti Fondunun Təhsil müəssisələri ilə iş şöbəsinin nümayəndələri Günay Xəlilova, Leyla Rəhimova və İlkanə Həmidli tələbələrlə görüşüb. Tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. İlk olaraq Universtetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva Təhsil Tələbə Krediti Fondunun nümayəndələrini salamlayıb. Sonra bildirib ki, Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinin əsas məqsədi təhsilin əlçatanlığını təmin etməkdir. Fond ölkə Prezidenti cənab İlham Əliyevin 2021-ci il 17 iyun tarixli Fərmanı ilə yaradılmışdır. Bu kredit kommersiya məqsədi daşımır. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ verilir. Təhsil Tələbə Krediti Fondunun Təhsil müəssisələri ilə iş şöbəsinin nümayəndəsi Günay Xəlilova çıxış edərək kreditlərin verilməsinin şərtləri, mərhələləri və kredit şərtlərinin üstünlüklərindən ətraflı məlumat verib. O da diqqətə çatdırılıb ki, kreditlərdən yararlanma səviyyəsi üzrə GDU tələbələri qabaqcıl sıralardadır. Buna görə də Təhsil Tələbə Krediti Fondunun nümayəndələri universitet rəhbərliyinə, o cümlədən məsul şəxsə təşəkkürünü bildiriblər. Sonda Təhsil Tələbə Krediti Fondunun nümayəndələri və Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və idarə olunması sektorunun müdiri, Təhsil Tələbə Krediti Fondunun Universitet üzrə məsul nümayəndəsi Sevinc Quliyeva tələbələrin suallarını ətraflı cavablandırıb.