Tədbirlər planına əsasən professor-müəllim heyətinin nümunəvi ustad dərsləri Gəncə şəhər orta ümumtəhsil məktəblərində uğurla davam etdirilir. Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə AMEA-nın müxbir üzvü, Botanika kafedrasının müdiri professor Vaqif Novruzovun “COP 29 -Yaşıl Dünya Naminə Həmrəliyin Qlobal Təzahürüdür” mövzusunda, Ekologiya kafedrasının müdiri professor Sevda Əhmədovanın “İşğaldan azad edimiş ərazilərdə hazırkı ekoloji durum və bərpa işləri” mövzusunda ustad dərsi isə 28 nömrəli tam orta məktbədə təşkil olunmuşdur. Məruzəçi professor V.Novruzov COP 29 –un Azərbaycanda təşkil olunması, onun əhəmiyyəti, ölkəmizin bu tədbirə ev sahibliyi etməsi, dünya ölkələrini Azərbaycanda aparılan Yaşıl Dünya Naminə görülən işlərlə tanış etməsi haqqında məlumat verdi. Məruzəçi Sevda Əhmədova Qarabağ və Şərqi Zəngəzur bölgəsində ekoloji durum və bərpa işləri haqqında şagirdlərə ətraflı məlumat vermişdir. Tədbirdə Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, orta məktəbin direktorları və yuxarı sinif şagirdləri iştirak edirdilər. Şagirdlərə GDU –da fəalliyyət göstərən fakültələr, ixtisaslar, elmi-tədqiqat, tərbiyə işləri, beynəlxalq əlaqələri haqqında geniş məlumat verildi. Tədbirin sonunda şagirdləri maraqlandıran suallara tədbir iştirakçıları tərəfindən ətraflı məlumat verildi.