açıq dərs

Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi aqrar üzrə fəlsəfə doktoru Güləbatın Hümbətovanın Kimya və biologiya müəllimliyi ixtisasının V kursunda “Genetika və seleksiya” fənnindən “İnsanın irsi xəstəliklərinin nomenklaturası. Multifaktorial xəstəliklər” mövzusunda açıq dərs keçirildi. Açıq dərsdə kafedra əməkdaşlarından dos.əv.L.Abdullayeva, dos.əv.E.Hüseynova, b/m. Ş.Hacıyeva, müəllim A.Məmmədova, müəllim Ü.Alışanlı iştirak etdilər. Dərsin təchizatı tam idi. Slaydlı təqdimat göstərildi. Sənədlər qaydasında idi. Açıq dərs sonda əməkdaşlar tərəfindən yüksək qiymətləndirildi.