Kimya kafedrasının baş müəllimi Vüqarə Əliyevanın Kimya müəllimliyi ixtisasının II kursunda Qeyri-üzvi kimya-2 fənnindən “Alüminium və onun birləşmələrinə aid təcrübələr” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə Kimya kafedrasının müdiri dos.A.Məmmədova, dos.M.Rzayeva, dos.S.İbrahimli, b/m.L.Namazova, b/m.A.Zeynalova, m.F.Əlizadə iştirak etmişlər. Açıq dərs slayd üzərində mövzuya dair təlim nəticələrinin təqdimatı ilə başladı. Baş müəllim V.Əliyeva Aliminium birləşmələrinin xassələrinə aid təcrübələri tələbələrdən qrup şəklində təhvil alaraq, mövzuya dair nəzəri sual-cavab etdikdən sonra qiymətləndirmə apardı. Ümumilikdə dərs yüksək səviyyədə yerinə yetirildi.